Qusarda karantin qaydalarını pozan çay evinin icarədarı həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.
Obyektin icarədarı Quba rayon sakini Emin Nəzirov Qusar rayon məhkəməsinin qərarı ilə 8 gün müddətinə inzibati həbs edilib. Çay evində olan digər 5 nəfər şəxs barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.