Portuqaliya "Benfika"sı baş məşqçisi Jorji Jezuşla yollarını ayırıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər veir ki, 67 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2020-ci ilin yayından komandaya rəhbərlik edən baş məşqçinin göndərilməsinə futbolçularla mübahisə etməsi və komandadakı ab-havanı düzəldə bilməməsi səbəb olub.
Qeyd edək ki, Jorji Jezuş daha əvvəl 2009 - 2015-ci illərdə "Benfika"nın baş məşqçisi vəzifəsində çalışıb.