Rusiyalı Aleksandra Kostenyuk qadınlar arasında sürətli şahmat növü üzrə dünya çempionu olub.
"Unikal" xəbər verir ki, Varşavada təşkil edilən turnirin finalında 11-ci turda oynayan Kostenyuk rusiyalı həmyerlisi Yekaterina Laqno ilə heç-heçə edib. 11 raundda Kostenyuk doqquz xal toplayıb. Buna görə də ona yeni rəqib təyin edilməyib.
Kostenyuk karyerasında sürətli şahmat üzrə ilk dünya çempionu olub. Əvvəllər o, üç dəfə - 2012, 2014 və 2016-cı illərdə ikinci yeri tutub.
Ağarza Elçinoğlu