"Neftçi" qış fasiləsi dönəmində ilk transferini reallaşdırıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paytaxt təmsilçisi Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı ilə 2,5 illik müqavilə bağlayıb. 27 yaşlı müdafiəçi "Neftçi"nin heyətində 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, son klubu "Keşlə" olan Azər Salahlı “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) komandalarında da çıxış edib.