Hindistanda İngiltərə "Mançester Yunayted"inin və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldunun heykəli ucaldılıb.
"Unikal" xəbər verir ki, Qoa ştatının Kalanqut şəhərindəki heykəlin qiyməti təxminən 15 000 avro, çəkisi isə 400 kq-dan çoxdur.
Qoa ştatının naziri Maykl Lobo heykəlin fotolarını paylaşıb. O, gənclərin xahişini nəzərə alaraq və onları futbolda yeni zirvələrə aparmağa ruhlandırmaq üçün Ronaldunun heykəlinin quraşdırıldığını bildirib: "Bir çoxları bu heykəlin qoyulmasından narazı idi. Tənqidçilərin fikrincə, Hindistandan olan idmançını hakimiyyət əbədiləşdirməli idi".
Qeyd edə ki, Qoa Portuqaliyanın koloniyası olub, lakin 60 il əvvəl Hindistan oranı ilhaq edib.