Mingəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"-ın məlumatına görə, hadisə axşam saatlarında Bələdiyyə meydanında baş verib. "Toyota" markalı minik maşını "OKA" markalı avtomobil ilə toqquşub. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan iki yaralı xəstəxanaya çatdırıllb.

Faktla bağlı araşdırma aparıllr.

Ehtiram Muradlı