Qana millisinin və Niderland "Feyenoord"unun sabiq futbolçusu Kristian Qyan dünyasınə dəyişib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkən veteran müdafiəçi 43 yaşında vəfat edib.
Qeyd edək ki, Kristian Qyan 1997 - 2007-ci illərdə "Feyenoord"un formasını geyinib. Mərhum futbolçu bu komandanın heyətində UEFA Kubokunu (2001/2002), Niderland çempionluğunu (1998/1999) və Superkubokunu (1999) qazanıb. O, 1998 - 2002-ci illərdə Qana yığmasına dəvət alıb.