UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qrabağ"ın rəqibi olan Fransa "Marsel"inin 2 futbolçusu koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xorxe Sampaoli açıqlama verib.
Argentinalı mütəxəssisin sözlərinə görə, müdafiəçi Pol Lirola və hücumameylli yarımmüdafiəçi Konrad de la Fuentedən götürülmüş COVID-19 analizlərinin nəticəsi müsbət çıxıb. Hər iki oyunçu təcrid olunaraq, karantinə alınıb.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.