Hindistanın şimalındakı Haryana ştatında torpaq sürüşməsi nəticəsində ən azı 3 nəfər ölüb, 15-dən çox adam mədəndə köməksiz vəziyyətdə qalıb.
"Unikal" xəbər verir ki, hadisə ştatın Toşam şəhəri yaxınlığında baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları azı 3 nəfərin cəxədinin aşkarlandığını qeyd edib, yerli əhali isə mədəndə daha azı 15 nəfərin köməksiz vəziyyətdə qaldığını bildirib.
Bildirilib ki, qurbanların əksəriyyəti mədəndə çalışan işçilərdir.
Haryana ştatının Kənd Təsərrüfatı Naziri hadisə yerinə baş çəkib və rayon rəhbərliyini, polis rəsmilərini xilasetmə və yardım işini sürətləndirməyə çağırıb.