Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cəzası artırılıb.
"Unikal" xəbər verir ki, bu barədə vəkil Xəqani İmanov məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, zərərçəkmişlər tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü dəyişdirilib.
Belə ki, S.İbrahimov 6 il 7 ay 21 gün müddətinə azadlıqdan məhrum edilib.(report)