Göyçay rayonunda yanvarın 2-də Mırtı kəndində B.Muradov ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb.
DİN Mətbuat xidmətindən "Unikal"-a verilən məlumata görə, hadisə yerindən müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürülüb.
B.Muradov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.