“Qalatasaray” yeni ildə ilk koronavirus testindən keçib.
"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi məşqçi korpusu, futbolçu heyəti, tibbi personalı, rəhbərlik və bazadakı işçilərin hamısının testinin nəticəsini açıqlayıb.
“Cim-bom” rəsmi saytı vasitəsilə iki nəfərdə testin pozitiv nəticələndiyini açıqlayıb. Bunlar əsas komandanın futbolçuları – qapıçı Fatih Öztürk və müdafiəçi Alparslan Öztürkdür. Hər iki oyunçu karantinə alınıb.
Qeyd edək ki, “Qalatasaray” Super Liqanın XX turunda yanvarın 8-də “Giresunspor”la qarşılaşacaq.