Bakının Yasamal rayonunda iki qardaş bıçaqlanıb.
"Unikal" xəbər verir ki, 1990-cı il təvəllüdlü Bəşirov Amil Firdovsi oğlu və 38 yaşlı (1983-cü il) Bəşirov Güləhməd Firdovsi oğlu tanıdıqları şəxs tərəfindən bıçaqlanıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Bəşirova sol saidin yuxarı üçdə bir hissəsinin kəsilmiş-deşilmiş yarası, G.Bəşirova isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.