Bakıda yol qəzası zamanı gənc qız xəsarət alıb.
"Unikal" xəbər verir ki, qəza metronun Koroğlu stansiyasının qarşısında baş verib.
1999-cu il təvəllüdlü Həsənova Lamiyə Elxan qızı piyadalar üçün müəyyən edilməyən hissədən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.