Gəncə şəhərinin Nizami rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.
Onlar evin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Məmmədov Vahid Səməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.