Bakıda 3 nəfər dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə Binəqədi rayonunda olub.
Binəqədi qəsəbəsində 1998-ci il təvəllüdlü Seyidov İbrahim Mübariz oğlu, Rəsulzadə qəsəbəsində 1973-cü il təvəllüdlü Cəfərova Səbinə Müzəffər qızı, 9-cu mikrorayon ərazisində 1994-cü il təvəllüdlü Bağırova Elmina Xocabəy qızı dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.(report.az)