Beyləqan rayonunun Kəbirli kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Gədəbəy rayonunun Xarxar kəndində isə ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.