Gəncə şəhərində 62 yaşlı kişi özünü asaraq intihar edib.
"Unikal" xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsi, 8-ci küçədəki evlərin birində qəsəbə sakini, 1960-cı il təvəllüdlü Allahverdi Budaq oğlu Xanəhmədov özünü asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.