Gəncə sakini intihar edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Cavad Xan qəsəbədində qeydə alınıb.

1994-cü il təvəllüdlü Cavid Vəliyevin asılmış meyiti yaxınları tərəfindən aşakarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. 

28 yaşlı gəncin hansı səbəbdən intihar etməsi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Tural Əhmədov