Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.
Qəsəbə sakini ana və onun qız övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara lazımı tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumatına görə, ana və övladı yaşadığı evdə dəm qazından zəhərləniblər.
Oxşar hadisə Sabirabad rayonunda da qeydə alınıb.
Məlumata görə, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva Rujalə Ziyafət qızı hamamda olarkən dəm qazından zəhərlənib.
Qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.