Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aidiyyəti qurumların rəsmi nümayəndələri ilə birgə Gəncənin bir sıra ərazilərində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə tanış olub. 

"Unikal" xəbər verir ki, Niyazi Bayramovaya gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təmizlik və abadlıq işləri  barəsində məlumat verilib. 

Belə ki,  yaşıllıqlara xüsusi qulluq göstərilir, ağac və gül kolları əkilir, işıq dirəkləri yuyulur və rənglənir, istifadə müddəti bitmiş lampalar yeniləri ilə əvəz olunur, çoxmənzilli yaşayış binalarının fasadları təmir edilir, dayanacaq və köşklər yuyulur, ünvan lövhələri yenilənir. Eyni zamanda, şəhərdə mütəmadi olaraq qanunsuz tikintilərə qarşı reydlərin keçirildiyi şəhər rəhbərinin diqqətinə çatdırılıb.

Bununla yanaşı bildirilib ki, Gəncədə ucaldılan Nizami Gəncəvinin abidəsinin restavrasiya işləri tam yekunlaşıb.

Niyazi Bayramov abidəyə baxış keçirib və şəhərdə dahi şəxsiyyətlərə ucaldılan abidələrin bərpası ilə bağlı müvafiq tapşırıqlar verib. Bununla yanaşı şəhər rəhbəri, Gəncənin Heydər Əliyev adına Meydanında gül kollarının yenilənməsinə, qanusuz tikintilərə qarşı reydlərin keçirilməsinə, səkilərin bərpasına dair də öz tapşırılqarını verib.