Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "İSUZU" markalı sərnişin avtobusu ilə "Ford" markalı minik avtomobili toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov