Türkiyəli aktyorlar Taner Önmez və Erkan Kolçak eyni layihədə yer alacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorların "Yaratılan" adlı serialda baş rolları bölüşəcəyi bildirilib. 8 bölümdən ibarət olacaq ekran işinin rejissoru Çağan Irmak olacaq.
Qeyd edək ki, Taner sonuncu dəfə “Mucize doktor” serialında "Ali Vefa", Erkan isə "Çukur" adlı ekran işində "Vartolu" obrazını canlandırıb.