İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki. hadisə axşam saatlarında Şəmmədli kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən piyada, Şəmmədli kənd sakini, 1954-cü il təvəllüdlü Sultanov Nizami Hüseyn oğlunu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(report.az)