Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
"Unikal"-ın məlumatına görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində baş verib. 2007-ci il təvəllüdlü N.Babayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 17 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov