Futbol üzrə Türkiyə Super Liqasında XX tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun son oyununda "Fənərbağça" evdə "Adana Demirspor"u qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qolu 29-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Enner Valensiya penaltidən fərqlənib. 34-cü dəqiqədə Gökhan İnler tarazlığı bərpa edib. 46-cı dəqiqədə isə Yunes Belhanda görüşdə son nöqtəni qoyub.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 33-ə çatdıran "Adana Demirspor" 4-cü pilləyə yüksəlib. "Fənərbağça" isə 32 xalla 5-ci sırada qalıb.