Türkiyəli məşhur aktrisa Hande Doğandemir sosial şəbəkə hesabından paylaşdığı foto ilə diqqət çəkib.  

"Unikal" xəbər verir ki, aktrisanın həmkarı Onur Tuna ilə sevgili olduqları iddiaları yayılıb. Belə ki, Handenin paylaşdığı fotoda Onurun şəkli telefonunun arxasında görüntülənib. Şou aləmində gündəmə çevrilən mövzu ilə əlaqədar cütlükdən heç bir açıqlama  gəlməyib. 

Bildirilir ki, uzun müddətdir dost olan cütlük,  eşqlərini  gizli  saxlayırmış.Hətta  Hande və Onurun ailəsi belə tanış olub. 

 Qeyd edək ki,  Onur  Tuna hazırda  ən reytinqli seriallardan biri olan "Mahkum"da  baş obraz "Fırat" rolunu canlandırır.