Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2018-ci ildən bəri ilk dəfə olaraq aparıcının iştirakı ilə keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə ABC telekanalının əyləncə şöbəsinin rəhbəri Kreyq Erviçə istinadən məlumat yayıb.
Lakin Erviç aparıcının adını açıqlamayıb. 94-cü “Oskar” mükafatlandırma mərasimi martın 27-də ənənəvi olaraq Los-Ancelesdəki “Dolby Teatrı”nda keçiriləcək. Namizədlərin adları fevralın 8-də açıqlanacaq.
Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə “Oskar”ın aparıcısı komediya ustası, aktyor və ssenarist Cimmi Kimmel olub.