Təhsil nazirinə yeni müşavir təyin olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı nazir Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Nicat Məmmədli təhsil nazirinin müşaviri təyin olunub.

O, buna qədər nazirliyin Elm və ali təhsil şöbəsinin müdiri vəzifəsində çalışırdı.