"Barselona"nın futbolçusu Dani Alves yenidən Braziliya yığmasına çağırılıb.
"Unikal" xəbər verir ki, baş məşqçi Tite təcrübəli futbolçunu qarşıdakı görüşlər üçün heyətə daxil edib.
Daninin yer aldığı yığma yanvarın 28-də Ekvador, fevralın 1-də Paraqvayla üz-üzə gələcək. Zədəli Neymar və ötən ilin sentyabrında millinin düşərgəsini qalmaqalla tərk edən Klaudinyo isə kənarda qalıb.
Qeyd edək ki, milli karyerasını 2019-cu ildə başa vuran Dani ötən ilin sentyabrında yığmaya qayıdaraq Peru ilə görüşdə (2:0) iştirak edib.