Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" klubu ilk yoxlama oyununu keçirib.
"Unikal" xəbər verir ki, Aleksey Baqanın baş məşqçi olduğu komanda Polşa “Yagelloniya”sı ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisinin qonşu ölkədəki hazırlıq prosesi yanvarın 23-də başa çatacaq. "Sumqayıt" bu müddət ərzində daha iki yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər və tarixlər hələlik dəqiqləşməyib.