Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Ruben Semedu evinin qarşısında döyülüb.
"Unikal" xəbər verir ki, 28 yaşlı müdafiəçi 3 naməlum şəxsin hücumuna məruz qalıb.
Portuqaliya oyunçu dostu ilə birlikdə dəyənəklə döyülüb. Həmin şəxslər daha sonra hadisə yerindən qaçmağa müvəffəq olublar. Semedu və dostu xəstəxanaya aparılıb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Ruben Semedu 2019-cu ildən "Olimpiakos"da çıxış edir.