"Bavariya" futbol üzrə Almaniya Bundesliqasındakı rekordunu yeniləyib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi buna "Köln"ü 4:0 hesabı ilə darmadağın etdiyi XIX tur matçında nail olub.
Yulian Nagelsmanın baş məşqçi olduğu komanda ardıcıl 66 çempionat oyununda qol vurmaqla özünəməxsus olan göstəricini yaxşılaşdırıb. "Bavariya" daha əvvəl 2012 - 2014-cü illərdə Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənib.
Qeyd edək ki, münhenlilər 2020-ci ilin fevralında başlayan 66 oyunluq seriyada ümumilikdə 202 qol vurub.