Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
"Unikal"ın məlumatına görə, qanuna əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılıb.
Beləliklə, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.
Bundan əvvəl bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.