Türkiyənin Dənizli şəhərində toy mərasimində baş verən silahlı insident nəticəsində 11 nəfər yaralanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çivril rayonunun Keralan kəndində gəlin evdən çıxarkən baş verib.
Bildirilir ki, toy kortejində olan 15 yaşlı yeniyetmə ov tüfəngindən havaya ənənəvi atəş açmağa cəhd edib. Nəticədə qəlpə yerdən sıçrayaraq yaxınlıqdakı insanlara dəyib. Qurbanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ağarza Elçinoğlu














.jpg)


.png)












.jpg)





















