Oyunçular topu Kriştiano Ronaldoya ötürməyə borclu deyillər.
"Unikal" xəbər verir ki, bunu "Yuventus" və Portuqaliya millisinin hücumçusu Fransisko Konseysau dedib.
"Qol vurmaq məsələsinə gəldikdə, Kriştianonun tayı-bərabəri yoxdur. Amma biz topu ona ötürməyə borclu deyilik. Mən onu daha çox əlçatan olana ötürürəm. O, hər hansı digər oyunçu kimi kömək etmək üçün buradadır", - deyə Konseysau qeyd edib.
Dünya Kubokunun qrup mərhələsinin ilk oyununda Portuqaliya Konqo Demokratik Respublikası ilə heç-heçə edib. Oyun 1-1 hesabı ilə başa çatıb. Altıncı dəqiqədə Joau Neveş hesabı açıb. Konqo Demokratik Respublikasının oyunçusu Yohann Vissa ilk hissənin bitməsinə az qalmış qol vurub.













































.webp)









