Hörmüz boğazı bağlı olaraq qalır. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri növbəti bildirişədək gəmilərin boğazdan keçidinə icazə verməyib.
"Unikal" xəbər verir ki, bu barədə "Fars" agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, SEPAH Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti iyunun 21-də yaydığı bəyanatda İsrailin Livandakı əməliyyatları və ABŞ-nin atəşkəs rejimini pozduğunu əsas gətirərək Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını bildirib.
Qurum gəmilərə boğaza yaxınlaşmamaq barədə xəbərdarlıq edərək, bu göstərişə əməl olunmadığı təqdirdə baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət daşımayacağını vurğulayıb.
Qeyd edək ki, İran iyunun 20-də İsrailin Livana endirdiyi zərbələrə və ABŞ ilə imzalanmış memorandumun atəşkəslə bağlı müddəalarının pozulduğunu əsas gətirərək Hörmüz boğazını gəmilərin üzünə bağladığını açıqlamışdı. Bununla yanaşı, ABŞ Silahlı Qüvvələri gəmilərin boğazdan sərbəst keçidini davam etdirdiyini bəyan edib.









.webp)










.jpeg)

































