ABŞ prezidenti Donald Tramp ölkəsinin nümayəndələri ilə İran nümayəndə heyəti arasında danışıqların ortasında yenidən İslam Respublikasını "çox güclü zərbə" ilə hədələyib. 

"Unikal" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"İran dərhal Livandakı yüksək maaşlı nümayəndələrinin problem yaratmasının qarşısını almalıdır. Əgər onlar bunu etməsələr, İrana yenidən zərbə endirəcəyik, keçən həftəki kimi çox güclü, yalnız daha da güclü!!!", - deyə o bildirib.

Qeyd etmək lazımdır ki, atəşkəsə baxmayaraq, İsrail qüvvələri Livanın cənubuna zərbələr endirməyə davam edir və hərəkətlərini Hizbullaha qarşı mübarizə kimi qiymətləndirirlər.