Ukrayna Prezidenti Volodimir Zelenski Polşa medalının əlindən alınmasını qonşu respublikadakı daxili münaqişələrlə əlaqələndirib.

"Unikal" xəbər verir ki, bu barədə o, TSN televiziya kanalına verdiyi müsahibədə deyib.

Dövlət başçısının sözlərinə görə, Polşa Prezidenti Karol Navrotski Ukrayna əleyhinə əhval-ruhiyyədən istifadə etməyə çalışır. Bu taktika Zelenskiyə Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın hərəkətlərini xatırladıb.

Ukrayna lideri bildirib ki, "Nifrətdən siyasi mənfəət əldə etmək olmaz, çünki uzunmüddətli perspektivdə bu, xalqlar arasında münasibətlərin pisləşməsinə səbəb olacaq".

Qeyd edək ki, Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskinin "Ağ Qartal" ordenini ləğv edib.