İsmayıllıda iki avtomobil toqquşub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Uştal kəndində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü İsmayıl Mahmudov idarə etdiyi "Ford" markalı maşınla 1969-cu il təvəllüdlü Elxan Nağıyevin idarə etdiyi VAZ-2106 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "VAZ-2106"da sərnişin qismində əyləşən Yeganə Salmanova yerində ölüb, sürücü Elxan Nağıyev, digər sərnişinlər sərnişinlər - İlham Salmanov və Şahmalı Salmanov müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.