"Çiçəklənən Ermənistan" Partiyasının deputatlığa namizədi Martun Qriqoryanın oğlu Kamo Qriqoryan həbs edilib.
"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, xuliqanlıqla bağlı cinayət işi çərçivəsində bir ildir ki, axtarışda olub.
İstintaq Komitəsindən bildirilib ki, Kamo Qriqoryan 2 ay müddətinə həbsdə saxlanılıb və görüş məhdudiyyətləri tətbiq edilib.
Qriqoryan könüllü olaraq vəkili ilə birlikdə istintaq orqanına təslim olub.
Ona qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 195-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi (bir qrup şəxs tərəfindən fiziki təsir), 297-ci maddəsinin 3-cü hissəsi (xuliqanlıq) və 335-ci maddəsinin 1-ci hissəsi (odlu silahın, onun əsas hissələrinin, döyüş sursatının və digər materialların, cihazların, əşyaların qanunsuz dövriyyəsi) ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Martun Qriqoryan Ermənistan parlamentində separatçılığı təbliğ edən deputatlardan idi.
Ağarza Elçinoğlu








.jpg)


.png)












.jpg)



























