Pakistan və Qətər vasitəçilərinin fikrincə, İsveçrədə keçirilən İran-ABŞ danışıqlarında irəliləyiş əldə edilib və bu, ümidvericidir.
"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən yazır.
"İrəliləyiş əldə edilib ki, bu da ümidvericidir", - KİV sitat gətirib.
Qeyd olunur ki, görüşdəki atmosfer "müsbət və konstruktiv" olub.
Tərəflər həmçinin Livanda münaqişə vəziyyətlərinin qarşısını almaq üçün bir qrup yaratmaq barədə razılığa gəliblər.
"Münaqişənin qarşısının alınması qrupunun yaradılması barədə razılıq əldə edilib. Bu qrupa ABŞ, İran və Livan daxil olacaq. Vasitəçilər bu işə kömək edəcəklər. Qrupun məqsədi İsrail ilə Hizbullah arasında döyüşlərə son qoymaq olacaq. Bütün məsələlər üzrə texniki danışıqlar həftənin sonuna qədər Bürgenstok kurortunda davam edəcək", -CNN mənbələrinə istinadən qeyd edib.
Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada iki ölkənin bəyanatını şərh edərkən qeyd edib ki, "Pakistan və Qətərin vasitəçiliyinin yorulmaz səyləri Livandakı müharibənin sona çatmasında əhəmiyyətli irəliləyişlərə səbəb olub".
Gülayə Mecid





.png)













.jpg)































