“Real”ın əfsanəvi futbolçusu Fransisko Xento vəfat edib.
"Unikal" xəbər verir ki, “kral klubu”nun fəxri prezidenti 88 yaşında dünyasını dəyişib.
Qısaca Pako Xento kimi tanınan mərhum futbol tarixində 6 avrokubok qazanan yeganə oyunçudur. O, 1953-1971-ci illər aralığında “Real”ın formasını geyinib, 18 mövsümdə 6 avrokubok, 12 La Liqa, 2 İspaniya kuboku, 1 Qitələrarası Kubok və 1 Kiçik Dünya Kubokunun qalib olub. “Real”da 600 oyun keçirən Gento 182 qol vurub. O, İspaniya yığmasının heyətində 43 beynəlxalq matçda iştirak edib.