Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sezen Aksu "Şahne bir şey yaşamak" adlı mahnısına görə məhkəməlik olub.
"Unikal" xəbər verir ki, fotoqraf Ramazan Arıkan Alaplı mahnıda keçən Həzrəti Adəm və Həvva haqqındakı sözlərə görə müğənniyə qarşı cinayət işi qaldırıb.O, Sezenin onlar haqqında "cahil" ifadəsini işlətməsini İslam dünyasına, amma bütün insanlığa qarşı təhqir kimi qiymətləndirdiyini və bu addımı atdığını bildirib.
Bundan sonra Beykozda toplaşan Milli Sağlamlıq Hərəkatının üzvləri Sezen Aksunun mahnısındakı “O cahil Adəm və Həvvaya salam olsun” sözlərinə etiraz ediblər. Müğənninin evinin qarşısına gələn təxminən 20 nəfərlik qrup "Biz bura "Kiçik Cahillik"i yatırmaq üçün toplaşmışıq", - deyə şüarlar səsləndiriblər.
Əraziyə polis cəlb olunub. Çox keçməyib ki, etirazçılar dağlışıb. Maraqlısı budur ki, Sezen Aksu barəsində qaldıran cinayət işi və günlərdir sosial mediada gündəmə çevrilən mahnısı ilə bağlı heç bir açıqlama verməyib.