Türkiyəli məşhur cütlük Serkan Çayoğlu və Özge Gürel evlənmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, 6 ildir birlikdə olan Çayoğlu və Gürel iyunda nikah masasına oturacaqlar. Bildirək ki, aktyor və aktrisa "Kiraz mevsimi" serialında tanış olublar. Onlar 2021-ci ildə toyları planlaşdırılsa da, aktrisanın atası vəfat etdiyi üçün toy təxirə salınıb.
Hazırda Serkan Çayoğlu TRT-də yayımlanan "Kıbrıs Zafere Doğru" serialında rol alır.