Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat super turnirinin dördüncü turunun oyunları keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparıb.
Rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız turu qələbə ilə başa vurub. Bu, təmsilçimizin turnirdə ilk qələbəsidir.
Qeyd edək ki, şahmatçımız ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə başa vurub. Ş.Məmmədyarovun aktivində 2,5 xal var və bu nəticə ilə beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 3 xalla hindistanlı Santoş Vidit başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Yarışda 14 şahmatçı iştirak edir.