Türkiyənin ən reytinqli seriallarından biri  olan "Sadakatsız"ın  çəkilişləri  dayandırılıb. 

"Unikal" xəbər verir ki,  buna səbəb  serialında rol alan aktrisa Cansu Derenin koronavirusa yoluxması olub. 

Aktrisanın vəziyyətinin yaxşı olduğu və xəstəliyi yüngül keçirdiyi bildirilir.

Qeyd edək ki, serialın baş rollarını Cansu Dere ilə yanaşı, Caner Cindoruk və Melis Sezen paylaşır.