Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, ilk olaraq, Milli Məclisin 2021-ci il payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək. Həmçinin, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı məlum olduğundan komitə üzvlərinə təqdim ediləcək.
Qeyd edək ki, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdur.
Anar Kəlbiyev