Aktrisa Pərvin Abıyeva "Deməsəm olmaz" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar edib. Aktrisa sevgilisinin ona qoyduğu qadağalardan bəhs edib:
"Mənim kimi qadın sevgisiz qalar? Özüm də boş qala bilmərəm. Qadağalar olur, hər zaman da olub. Əgər mənə xoş dillə deyirsə, ora getməyini istəməzdim, deyirəm, baş üstə. O insanın mənim həyatımdakı yerindən dəyərli deyil. Bacardığım qədər münasibətimi gizlətməyə çalışdım. Heç bir görüntüsünü yaymayacam. Elə insan olur ki, dövlət işində çalışır. Bizdə bu cür insanların görüntüsünün yayılmasına icazə yoxdur. O demək deyil ki, münasibətdə olduğum şəxs dövlət işində işləyir. Keçmişdə yaşadığım hadisəyə aiddir bu sözlərim. İndi münasibətdə olduğum şəxs burada yox, Türkiyədə yaşayır".