Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Sumqayıt" növbəti yoxlama oyununu keçirib.
"Unikal" xəbər verir ki, Aleksey Baqanın baş məşqçi olduğu komanda Almaniyanın IV liqa təmsilçisi "Berliner AK" klubu ilə qarşılaşıb. Görüş "gənclik şəhəri" təmsilçisinin 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Sumqayıt"ın qollarını 36-cı dəqiqədə Tellur Mütəllimov və 77-ci dəqiqədə Murad Xaçayev vurublar.
Qeyd edək ki, "Sumqayıt" Antalyadakı ilk yoxlama matçında Polşa "Yagelloniya"sı ilə qolsuz heç-heçə edib.